Albaniya mediasında Ermənistanın əsassız iddialarından söhbət açılıb

02.11.2020

Albaniyanın "Nacional" qəzetində "İyirminci yüzilin ikinci on ilində Azərbaycan və Ermənistan" başlıqlı məqalə dərc olunub.

Bu ölkədə fəaliyyət göstərən Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət Dərnəyinin rəhbəri Dr.Entela Muçonun qələmə aldığı yazıda qədim Azərbaycan tarixinə nəzər salınıb, Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycan torpaqlarına gəlməsinə, əsassız ərazi iddiaları irəli sürməsinə, ölkəmizlə qonşuluq siyasətini düzgün yürütməməsinə və 1918-ci il hadisələrinə diqqət cəlb edilib.

"...Onlar öz varlığını təmin etmək üçün başqa ölkələrin ərazilərinin işğal edilməsinə mübtəla olmaqla ölkələrini və hökumətlərini labirintə soxurlar. "Böyük Ermənistan" kimi əsassız xəyal quraraq ermənilər Azərbaycan xalqına zərər vermək məqsədilə havadarları ilə əməkdaşlıq edir", - deyə dərnək rəhbəri vurğulayıb.

Qeyd edək ki, "Nacional" qəzeti Albaniya, Makedoniya, Balkan ölkələri və Amerikada yaşayan albanlar arasında böyük nüfuza malikdir. Həmin regionlardan olan etnik alban yazar və publisistlərin araşdırma yazıları da bu qəzetdə dərc edilir.