Günel Səfərova “RT Fransa” kanalında erməni diasporunun rəhbəri ilə debata çıxıb

24.10.2020

Fransada yaşayan soydaşımız, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova bu ölkədəki erməni diaspor təşkilatları koordinasiya şurasının rəhbəri Frank Papazyan ilə debata çıxıb.

Proseslərə ermənisayağı yanaşaraq saxta tarixi faktlar səsləndirən, qondarma erməni soyqırımından danışan F.Papazyan G.Səfərovanın tutarlı cavabları ilə susmağa məcbur olub. Vaxtın azlığına baxmayaraq, debatda ermənilərin 1992-ci ildə törətdiyi Xocalı soyqırımı və Qarabağın gerçək tarixi haqqında ətraflı informasiya verilib.

Debatı bu linkdən izləmək olar: https://youtu.be/1G0VInlEdCw