Azərbaycan Diaspor Gəncləri informasiya mübarizəsində fəal iştirak edir

23.10.2020

İşğalçı Ermənistan ordusunun ölkəmizə qarşı sentyabrın 27-dən başlayan hücumu Azərbaycan Diaspor Gənclərini (ADG) hiddətləndirməklə yanaşı, xain və məkrli düşmənlə informasiya mübarizəsində bir yumruq kimi birləşməyə sövq edib.

ADG-nin müxtəlif ölkələrdə yaşayan təmsilçiləri dövlət qurumlarına, vəzifəli şəxslərə, beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər ünvanlayır, sosial media şəbəkələrində həqiqətlərin daha geniş ictimaiyyətə yayılmasına çalışırlar.

Gənclər #KarabakhisAzerbaijan! #StopArmenianAggression #StopArmenianOccupation həştəqlərindən istifadə etməklə Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərirlər, həqiqətlərlə bağlı videolar hazırlayıb yayırlar.

Yerli ictimaiyyətin dəqiq və düzgün məlumatlandırılması məqsədilə Ermənistanın təcavüzkar siyasətini ifşa edən məqalələr, müsahibələr və bəyanatlar müxtəlif mətbuat orqanlarında dərc olunmaqdadır. Növbəti belə müsahibələr ABŞ-dan olan jurnalist İrina Tsukerman tərəfindən diaspor gəncləri Kərim Kərimov və Tural Əliyevdən alınıb.

Müsahibələrlə bu linklərdə tanış olmaq mümkündür:

https://republic-underground.com/exclusive-interview-with-musahib%C9%99-k%C9%99rim-k%C9%99rimov/;
https://republic-underground.com/interview-with-tural-aliyev/.