İtaliya mediasında Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda mübarizə aparmasından yazılıb

21.10.2020

İtaliyanın "Diplomat" jurnalında "Azərbaycan-Ermənistan: Dağlıq Qarabağ münaqişəsi haqqında" başlıqlı məqalə dərc olunub.

İtaliya–Azərbaycan Gənclər Assosiasiyasının prezidenti, La Sapienza adına Roma Universitetinin aspirantı Emin Rüstəmovun qələmə aldığı məqalədə Dağlıq Qarabağ münaqişəsinin, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin tarixi, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyi, BMT və digər beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməsinə dair qərar və qətnamələrinə məhəl qoymayan Ermənistanın son illərdə münaqişənin dinc yolla həll olunması üzrə danışıqlardan boyun qaçırdığı barədə italyan oxuculara geniş məlumat verilib.

Sonda dünya dövlətlərinin və beynəlxalq təşkilatların müstəqil Azərbaycan dövlətinin ədalətli mübarizəsinə öz töhfələrini bəxş edəcəyinə ümid ifadə olunub.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı link vasitəsilə oxumaq mümkündür:

https://www.giornalediplomatico.it/azerbaigian-armernia-su-conflitto-del-nagorno-karabakh-parla-prof-rustamov.htm