Şərqi Avropa ölkələrinin mediasında Gəncə hadisələrindən geniş bəhs edilib

20.10.2020

Macarıstan, Polşa və Bolqarıstanın kütləvi informasiya vasitələrində Azərbaycanın qədim şəhəri Gəncədə baş verən 11 oktyabr və 17 oktyabr tarixli terror aktlarından bəhs edən məqalələr dərc olunmaqdadır.
Bu ölkələrdə fəaliyyət göstərən Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasına daxil olan diaspor təşkilatlarının yerli media qurumları ilə əməkdaşlıqları sayəsində ərsəyə gələn məqalələr "Ermənistan əsl təcavüzkardır", "Azərbaycan növbəti raket atəşinə tutulub" və sair başlıqlarla təqdim olunub.

İşğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın cəbhə zonasından kənarda yerləşən ikinci şəhəri Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində mülki insanların həlak olduğu və yaralandığı bildirilib. Həlak olanların arasında uşaqların, qadınların və qocaların olduğuna diqqət cəlb olunub.

Ermənistandan fərqli olaraq Azərbaycanın düşmən ölkənin ərazilərini bombalamadığı, Azərbaycanın öz torpaqlarını geri qaytarmaq istədiyi, ölkəmizdə nikbin əhval-ruhiyyənin hökm sürdüyü, insanların hər gün cəbhədən şad xəbər gözlədikləri və azərbaycanlıların cəsur və döyüşkən ruha malik olduqları vurğulanıb.

Məqalələri aşağıdakı linklərdən oxumaq mümkündür:

https://index.hu/kulfold/2020/10/13/ahol_a_gyerekek_is_egyenruhaban_jatszanak/
https://24.hu/kulfold/2020/10/17/hegyi-karabah-ormenyorszag-azerbajdzsan-raketatamadas
https://www.portfolio.hu/gazdasag/20201017/bosszut-eskudott-es-megtorlast-igert-az-azeri-elnok-az-ormeny-tamadas-utan-453334
https://mandiner.hu/cikk/20201017_ujabb_raketatamadas_erte_azerbajdzsant
https://168ora.hu/kulfold/azerbajdzsan-hegyi-karabah-bosszu-gandzsa-193543
https://168ora.hu/kulfold/ballisztikus-raketaval-lottek-egy-azerbajdzsani-varosra-lakonegyedbe-csapodott-193522
https://www.origo.hu/nagyvilag/20201017-az-ormeny-tamadas-utan-megtorlast-iger-az-azeri-elnok.html
https://wnet.fm/2020/10/19/azerka-ormianie-bombarduja-terytoria-odlegle-od-gorskiego-karabachu-chca-sprowokowac-azerbejdzan-do-odpowiedzi-ogniem/
https://eurocom.bg/new/azerbaydzhan-sobshchi-za-devetima-zaginali-pri-raketna-ataka-na-armeniya-sreshchu-grad-gyandzha