Türkiyənin qaziləri və şəhid ailələri "Hamımız Azərbaycanıq!" deyirlər

18.10.2020

Türkiyənin müxtəlif şəhərlərində yaşayan Qazi və Şəhid Ailələri Dərnəklərinin rəhbərləri və üzvləri Azərbaycana dəstəklərini bildiriblər.

Dərnək üzvlərinin qəbul etdiyi bəyanatda bildirilib ki, son hadisələr Azərbaycan dövlətinin işğalda olan torpaqları azad etmək əzmini və gücünü göstərməkdədir: "Azərbaycan Prezidentinə və hökumətinə, Azərbaycan Ordusuna, Azərbaycan Xalqına güvənirik və dəstəkləyirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistana qarşı qazandığı hər zəfər Türk milləti və biz qazilər tərəfindən böyük sevinc və coşğu ilə qarşılanmaqdadır".

Bəyanat "Qəlbimiz səninlədir, Azərbaycan!", "Hamımız Azərbaycanıq!", "Hamımız Qarabağıq!" şüarları ilə yekunlaşıb.