Ohayo ştatında yaşayan soydaşımızdan Azərbaycan dövlətinə dəstək

18.10.2020

ABŞ-ın Ohayo ştatının Columbus şəhərində yaşayan azərbaycanlı iş adamı Səbuhi Nəsibov iri ticarət mərkəzinin (Mall) içərisində Azərbaycan Mərkəzi açıb. Mərkəzdə, Azərbaycan dövlətinə dəstək məqsədilə, “KarabakhisAzerbaijan!”, “StopArmenianAggression” şüarları asılıb. Eyni zamanda, Ohayoda əsas yollardan birində körpünün üzərinə də bu şüarlar yazılmış baner yerləşdirilib.

Bununlada soydaşımız şəhər ictimaiyyətinə və qonaqlara Azərbaycanın haqq səsini çatdırır, işğalçı Ermənistan ordusunun terrorçu hərəkətlərinə etiraz edir, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu hər kəsə bir daha bəyan edir.