"Osmanlı Motorçular Klubu" ölkəmizə dəstəklərini yürüşlə nümayiş etdiriblər

07.10.2020

Türkiyənin İstanbul şəhərində Azərbaycana dəstək məqsədilə motosikletçilər karvanının aksiyası keçirilib.

"Osmanlı Motorçular Klubu" qrupunun təşəbbüsü ilə təşkil olunan aksiya zamanı Azərbaycan və Türkiyə bayraqlana bürünmiş motokarvan Fatehdəki Saraçhanə Parkından Beşikdaşa doğru hərəkət edib.

Beşikdaşda Azərbaycanın İstanbul Baş Konsulluğunun önünə gələn aksiya iştirakçıları "Qəhr olsun, Ermənistan!", "Yaşasın Azərbaycan!", "Qarabağ bizimdir, bizim olacaq!" şüarlarını səsləndiriblər.

Qrupun adından çıxış edən Kamil Çətinər bildirib ki, türk xalqı bütün gücü ilə torpaqlarını Ermənistanın işğalından azad etməyə başlayan və haqlı davasını aparan Azərbaycanın yanındadır.