Aygün Attar: Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi qardaşlığın manifestidir

04.09.2020

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin tərəddüdsüz olaraq Türkiyənin yanında olduğunu bəyan etməsi qardaş ölkədə də böyük rezonans doğurub.

Türkiyənin "Sabah" qəzetində dərc olunmuş "Qardaşlığın manifesti" başlıqlı məqalə qeyd edilir ki, Türkiyənin Şərqi Aralıq dənizi bölgəsində kəşfiyyat araşdırmalarına açıq dəstək verən Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamaları "Tək millət, iki dövlət" qardaşlığını bir daha ortaya qoydu.

Məqalədə bildirir ki, Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul zamanı Prezident İlham Əliyev Ermənistan–Yunanıstan–Kipr arasındakı hərbi əməkdaşlıqdan narahatlığını dilə gətirib, Türkiyənin Aralıq dənizindəki kəşfiyyat tədqiqatları ilə bağlı Fransa da daxil olmaqla Avropa Birliyinin bəzi dövlətlərinə açıq və qətiyyətli davranış nümayiş etdirib.

Azərbaycan Prezidentinin "Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı" fikirlərinə xüsusi diqqət cəlb edilib.

Yazıda Türkiyə–Azərbaycan Dostliq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri Aygün Attarın fikirlərinə də yer verilib. Professor bu hadisəni "qardaşlığın manifesti" və "Avropa Birliyinə ilk dəfə verilən açıq ismarıc" kimi qiymətləndirib. Onun fikrincə bu ifadələr "Tək millət, iki dövlət" olmağın bariz nümunəsidir.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdə oxümaq olar:

https://www.sabah.com.tr/dunya/2020/09/04/kardesligin-manifestosu