"Karabakh is Azerbaijan!" qrupunda 56 ölkə təmsil olunur

18.08.2020

"Karabakh is Azerbaijan!" milli platformasının tərkibində yaradılan "Karabakh is Azerbaijan!" adlı qrupun əhatə dairəsi genişlənməkdədir.

Facebook sosial şəbəkəsində fəallıq göstərən qrupun tərkibində, artıq 56 ölkədə (Azərbaycan, Türkiyə, İsrail, Ukrayna, Kanada, ABŞ, Almaniya, Polşa, Rusiya, Gürcüstan, Avstraliya, Böyük Britaniya, Niderland, Norveç, Fransa, İsveç, Pakistan və sair) yaşayan azərbaycanlılar təmsil olunurlar.

Bu qrupun məqsədi ölkəmizdə və xaricdə yaşayan azərbaycanlı gənclərin vasitəsilə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və "Qarabağ Azərbaycandır!" ifadəsinin bütün dünyaya davamlı olaraq bəyan edilməsidir.

Qeyd edək ki, diaspor könüllüləri və xaricdə yaşayan gənc diaspor fəallarının birgə təşəbbüsü ilə “Karabakh is Azerbaijan!” milli platformasının yaradılması haqqında qərar qəbul edilib və bu istiqamətdə işlərə başlanılıb. Eyni zamanda, "Azərbaycan Diaspor Könüllüləri"nin təşəbbüsü ilə formalaşmış "Karabakh is Azerbaijan!" milli platformasının beynəlxalq bölməsi yaradılıb və xarici ölkələrin gəncləri arasında "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib. Bu məqsədlə "Xarici ölkə gəncləri də "Qarabağ Azərbaycandır!" deyir" mövzusunda xüsusi videoçarx hazırlanıb. "Karabakh is Azerbaijan!" YouTube kanalında yayımlanan videoçarxda Türkiyə, Çad, Hindistan, Qazaxıstan, Makedoniya, Niderland, Banqladeş, Özbəkistan və Pakistanı təmsil edən gənclər "Qarabağ Azərbaycandır!" şüarını müxtəlif dillərdə səsləndiriblər.