Rusiyada yaşayan azərbaycanlılarla videomüzakirə aparılıb

24.07.2020

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları və fəallarının, Moskvadakı diplomatik korpusun nümayəndəsinin iştirakı ilə videokonfrans keçirilib.

Komitə sədrinin konfrans iştirakçılarını salamlamasından sonra, soydaşlarımızın Azərbaycan torpaqlarının işğaldan azad olunması, erməni təxribatlarına son qoyulması məqsədilə bütün dünyada birlik nümayiş etdirərək Azərbaycan dövlətinin və ordusunun yanında olduğunu bəyan etməsi, aksiyalar keçirməsi, BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə müraciətlər ünvanlaması barədə geniş fikir mübadiləsi aparılıb.

Mövcud vəziyyətdə Rusiyada baş verən hadisələr, ermənilərin azərbaycanlılara qarşı vəhşi hərəkətləri təhlil olunub, diaspor üzvlərinin hadisə ilə bağlı münasibətləri öyrənilib və ətraflı müzakirələr aparılıb.