Niderland televiziyasında 28 May - Respublika Günündən danışılıb

31.05.2020

Mayın 29-da Niderlandın internet üzərindən yayımlanan life24.nl kanalının Rotterdam studiyasında 28 May – Respubllika Günündən bəhs edilib.

Almaniyanın Aşağı Saksoniya vilayətində yaşayan və burada fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədli canlı efirə qoşulub. O, 102 il öncə Şərqdə ilk dünyəvi və demokratik dövlət quruluşuna malik olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, milli dövlətçilik tariximizdə xüsusi yer tutmasından, fundamental insan hüquqlarını təmin etməsindən, xüsusilə də qadınlara seçki və bərabərlik hüquqları verilməsindən, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməsindən danışıb.

Cəmiyyətin sədri həmçinin Almaniyada Azərbaycan diasporunun fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihələr, Türk diasporu ilə birgə görülən işlər haqqında da ətraflı məlumat verib.