İzmirdə görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi ziyarət edilib

12.05.2020

Türkiyənin İzmir şəhərində görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin təşkilatçılığı ilə ümummilli liderin İzmir şəhərindəki Heydər Əliyev parkında ucaldılmış heykəli ziyarət edilib. Tədbirdə şəhərin Karşıyaka Bələdiyyəsinin sədri Cemil Tuqay, bələdiyyənin və “Petkim Petrokimya Holding” A.Ş.-nin əməkdaşları iştirak ediblər.

Ziyarət zamanı ulu öndərin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiram və hörmətlə yad edilib.