Allah rəhmət eləsin!

25.04.2020

Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım Alpsar Turan dünyasını dəyişib. Feyzavər xanım Alpsar İstanbulda 101 yaşında vəfat edib. 2017-ci ildə Feyzavər xanım tərəfindən Əli bəy Hüseynzadəyə aid 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş "Həyat” qəzeti Azərbaycan hökumətinə hədiyyə olunub. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa edilib. Əsərlər hazırda Azərbaycan İstiqlal Muzeyində sərgilənir. 2018-ci il il martın 17-də Əli bəy Hüseynzadənin dünyasını dəyişdiyi gün Feyzavər xanım "Dostluq" ordeni ilə təltif edilib.

Qeyd edək ki, ötən il Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Feyzavər Alpsar Turanı İstanbuldakı evində ziyarət edib. Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq Komitə sədri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalını Feyzavər Alpsara təqdim edib.

Allah rəhmət eləsin!