Azərbaycan Diaspor Könüllülərindən #Evdəqal kampaniyası ilə bağlı video-müraciət

07.04.2020

Dünyanın əksər ölkələrində COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar insanlara evdə qalmaq və ciddi zərurət olmadığı halda yaşadıqları yeri tərk etməməklə bağlı çağırışlar edilir.

Azərbaycan Diaspor Könüllüləri də müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı, ölkəmizdə yaşayan insanları dövlətimizin #Evdəqal çağırışına dəstək verməyə çağırıb. Bununla əlaqədar “Azərbaycan Diaspor Könüllüləri” proqramının iştirakçıları video-müraciətlər yayaraq insanları koronavirusla mübarizədə diqqətli olmağa, dövlətimizin çağırışlarına səs verməyə, zərurət olmadıqda yaşayış yerini tərk etməməyə çağırıblar. Könüllülərin müraciətində qeyd edilir ki, evdə qalmaqla, zərurət olmadan yaşayış yerini tərk etməməklə biz həm özümüzü, həm də doğmalarımızı qoruyur, dövlətimizə vətəndaş dəstəyi göstərmiş oluruq.

Qeyd edək ki, müraciətlər davam edir və Diaspor Könüllüləri sosial şəbəkə üzərindən #evdəqal müraciəti ilə videolar paylaşmaqdadırlar.