Dərbənddə “Poeziya dəqiqələri” təşkil olunub

14.03.2020

Dağıstan Respublikasının Dərbənd şəhərində "Poeziya dəqiqələri" mədəni-maarifçilik tədbiri keçirilib.

Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyev adına 4 saylı orta ümumtəhsil məktəbində baş tutan tədbiri dil və ədəbiyyat müəllimi Səlimə İsayeva təşkil edib. Tədbirdə Azərbaycanlıların Mlli-Mədəni Muxtariyyətinin sədri, "Dərbənd" qəzetinin redaktoru Telman Tahirli, respublikanın mədəniyyət, gənclər siyasəti və idman idarəsinin baş mütəxəssisi Gülpəri Mirzəbalayeva, Rusiya, Dağıstan, Türkiyə, Azərbaycan və İraq Yazıçılar Birliyinin üzvü Zeynəb Dərbəndli iştirak ediblər.

Məktəb şagirdlərinin ifasında azərbaycanlı və dağıstanlı şairlərin şeirləri səsləndirilib, səhnəçiklər göstərilib.

Qonaqlar belə tədbirlərin keçirilməsinin gənc nəsil üçün əhəmiyyətini qeyd ediblər. Sonda Azərbaycanlıların Mlli-Mədəni Muxtariyyəti adından məktəbin müəllimi S.İsayevaya təşəkkürnamə təqdim olunub.