Dövlət Komitəsinin əməkdaşları müxtəlif universitetlərdə olub

12.03.2020

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” çərçivəsində Azərbaycanın bir sıra universitetlərində görüşlər keçirilib. Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADA Universiteti, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən görüşlərdə proqramın mahiyyəti müzakirə edilib və əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Xatırladaq ki, xaricdə yaşayan Azərbaycan əsilli mütəxəssislərin öz bilik və bacarıqlarını yerli universitetlər ilə bölüşməsi üçün mühazirələrin, görüşlərin təşkil edilməsi, müştərək elmi tədqiqatların aparılması, soydaşlarımızın ali təhsil ocaqları ilə əlaqələrinin yaradılması və s. kimi istiqamətlər Dövlət Komitəsi tərəfindən ilk dəfə həyata keçirilən “Beyin qazanma proqramı”nın prioritet məqsədlərini təşkil edir.