Həmyerlimiz beynəlxalq idman festivalının ikincisi olub

11.03.2020

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində “Arnold Sports Festival 2020“ beynəlxalq idman festivalı keçirilib.

Mötəbər idman yarışına dünyanın bir çox ölkələrindən tanınmış idmançılar, o cümlədən ABŞ-ın Nyu-York ştatında yaşayan həmyerlimiz, Azərbaycan Pouerliftinq Federasiyasının üzvü İsmayıl Quliyev də qatılıb.

O, benç-press növünün yüngül təchizat divizionunda 16 titullu rəqib ilə mübarizə aparıb. Həmyerlimiz 100 kiloqram çəki dərəcəsində 250 kiloqram ağırlığın öhdəsindən gələrək 2-ci yerə layiq görülüb.

Bu münasibətlə həmyerlimizi təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!

Qeyd edək ki, “Arnold Sports Festival” beynəlxalq idman festivalı 1989-cu ildə tanınmış aktyor və idmançı Arnold Şvartseneqqerin şərəfinə təsis olunub.