Stokholmda "səssiz" yürüş keçirilib

28.02.2020

İsveçin paytaxtı Stokholm şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş "səssiz" yürüş keçirilib.

İsveç-Azərbaycan Dərnəyi (SAF) və Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin (SAMM) təşkilatçılığı ilə gerçəkləşdirilən aksiyada ölkədə yaşayan soydaşlarımızla yanaşı, müxtəlif xalqların icma üzvləri də iştirak ediblər.

Aksiya iştirakçıları İsveç parlamentinin önündəki Mynttorget meydanından əllərində Azərbaycan bayraqları, eləcə də Xocalı soyqırımından, ermənilərin işğalçı siyasətindən bəhs edən plakatlarla şəhərin mərkəzinə - turistlərin və yerli əhalinin daha sıx olduğu metro stansiyasına qədər yürüş ediblər. Yürüş zamanı Xocalı soyqırımından isveç və ingilis dillərində bəhs edən bukletlər şəhər sakinlərinə təqdim olunub.

Səssiz yürüş Azərbaycanın "Sarı gəlin", "Qarabağ şikəstəsi" və digər həzin müsiqi əsərlərinin sədaları ilə müşayiət olunub.