Nyu-Yorkda Xocalı soyqırımına dair həqiqətləri əks etdirən aksiya keçirilib

27.02.2020

Fevralın 26-da Nyu-York şəhərində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş aksiya həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımına dair həqiqətləri əks etdirən Led ekran quraşdırılmış maşın şəhərdə hərəkət edib. Yol boyu ekranda Xocalıda baş verən dəhşətli hadisələri əks etdirən slaydlar, eləcə də "XOCALI – azərbaycanlıların soyqırımı", "Xocalı soyqırımı, 26 fevral 1992", "Xocalını xatırla!", “Xocalıya ədalət!” və s. sözlər nümayiş etdirilib.

Nyu-York və Vaşinqton dairəsində davam edən aksiya 10 saat çəkib. Həmin gün şəhər sakinlərinə Xocalı soyqırımından bəhs edən "Erməni terroru" və "Xocalıya ədalət!" başlıqlı broşürlər də paylanılıb.