Dövlət Komitəsinin sədri BMT-nin Əhali Məskunlaşması üzrə Proqramının təmsilçisi ilə görüşüb

10.02.2020

Birləşmiş Ərəb Əmirliklərinə səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Komitənin nümayəndə heyəti BMT-nin Əhali Məskunlaşması üzrə Proqramının bölmə direktoru Raf Tutsun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb. Görüş Əbu-Dabi şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun 10-cu sessiyası çərçivəsində baş tutub.

İki qurumun tarixində keçirilən ilk yüksək səviyyəli görüşdə xaricdəki Azərbaycan icmalarının fəaliyyəti, ortaq proqramların həyata keçirilməsi müzakirə predmeti olub. Tərəflər əməkdaşlığın perspektivləri barədə danışıb və birgə layihələrin icrasını müzakirə ediblər.