Niderlandlı deputata Qarabağdan bəhs edən kitab təqdim olunub

16.01.2020

Holland-Azərbaycan Türk Kültür Dərnəyinin ofisində Cənubi Hollandiya (Zuid Holland) bölgəsinin millət vəkili Mişel Roje (Michel Rogier) ilə görüş keçirilib.

İdarə heyətinin üzvlərinin qatıldığı görüş zamanı dərnəyin sədri İlhan Aşkın fəaliyyətləri və həyata keçirdikləri layihələr, türkiyəli və azərbaycanlı icmaların Niderlandın ictimai-siyasi həyatında fəal iştirak etmələri barədə ətraflı məlumat verib. Niderlandlı deputatın diqqəti Azərbaycan həqiqətlərinə də yönəldilib.

Dərnəyin fəaliyyəti ilə yaxından maraqlandığı üçün Mişel Rojeyə minnətdarlıq edilib, ona Azərbaycana dair suvenir və Dağlıq Qarabağa həsr olunmuş kitab təqdim olunub.