E-mail:

info@diaspor.gov.az

EN
RU

“Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçiriləcək

Bu il 21-22 dekabr tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Tarix Qurumu, Türk Dünyası Gənclər Birliyinin dəstəyi ilə Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr edilən Beynəlxalq elmi konfrans keçiriləcəkdir. Ənənəvi olaraq keçirilən “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfransda Azərbaycanın ərazi və əhali məsələləri, etno-siyasi, demoqrafik proseslər, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, AXC hökumətinin mədəni-maarif və təhsil siyasəti, müstəqilliyə gedən yol, azərbaycançılıq ideologiyasına elmi-nəzəri baxış, Azərbaycan diasporunun fəaliyyəti və gələcək perspektivləri, Azərbaycan torpaqlarının işğalı və s. istiqamətlərdə məruzələrin dinlənilməsi nəzərdə tutulur.
Konfransda iştirak etmək istəyənlər xülasələri dunya.azerbaycanlilari.etl@gmail.com ünvanına göndərə bilərlər.

 

Elan 

(Azərbaycan dilində)

Qeydiyyat