E-mail:

info@diaspor.gov.az

EN
RU

Azərbaycan Mədəniyyət Mərkəzində Milli Musiqi Günü

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə klassik musiqi axşamı keçirilib.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncama əsasən, məhz dahi bəstəkarın doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. Azərbaycan Mədəniyyət Mərkəzi hər il Vyanada, bu gün münasibətilə, klassik musiqi axşamları təşkil edir. Konsert proqramlarında Avstriya və Azərbaycan musiqiçiləri, həmçinin Avropada təhsil alan və yaşayan gənc musiqiçilərimiz çıxış edir.
Bu dəfəki konsert axşamında pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin bədii rəhbərliyi ilə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət proqram təqdim olunub. Vyana Musiqi və İncəsənət Özəl Universitetinin tələbəsi Mərziyə Hüseynova (vokal), Fərid Feyzullayev (skripka) və Vahid Vəliyevin (tar) ifaları tamaşaçılarda xoş təəssürat yaradıb. Abuzər Manafzadənin bəstələdiyi və Avstriyada ilk dəfə ifa etdiyi “Xocalıya” kompozisiyası böyük maraq və rəğbətlə qarşılanıb.