Azərbaycanlı gənc ABŞ-da konfransa qatılıb

25 Noyabr, 2019

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təhsil resurslarının elektronlaşdırılması istiqamətində beynəlxalq fəaliyyət göstərən “Xan Akademiyası”nın Azərbayancan üzrə layihə koordinatoru Ayaz Kərimov 17-19 noyabr tarixlərində ABŞ-ın Mauntin-Vyu şəhərində adıçəkilən qurumun ölkə təmsilçiləri üçün təşkil etdiyi illik konfransda iştirak edib. Konfransda “Xan Akademiyası”nın Azərbaycanda lokalizasiyalaşdırma prosedurunun cari durumu, yaranan problemlər və bu istiqamətdə atılacaq mümkün addımlar müzakirə olunub. Qurumun beynəlxalq miqyasda təşviqi və daha sürətli inkişafı üçün bir sıra qərarlar qəbul edilib.