EN
RU

Diaspor sədri “əl-Əxbar əl-Məsəi” qəzetinə müsahibə verib

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri tədqiqatçı- alim Seymur Nəsirovun, Misirin “əl-Əxbar əl-Məsəi” qəzetində “Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir” başlığı altında müsahibəsi dərc olunub.
Diaspor sədri Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən danışarkən, böyük ərəb alimi İbnu Fəqihin “əl-Buldan” kitabına istinad edərək, islam fəthindən sonra Misir və Şam qəbilələrinin Azərbaycana köçdüyünü qeyd edib. Müsahibədə Azərbaycanda çoxlu sayda ərəb mənşəli kənd adlarının olması xalqlarımız arasında tarixi əlaqələrin bariz nümünəsi kimi qeyd edilir.
S.Nəsirov Misirin Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələrin qurulması haqqında müqavilələr imzalayan ilk ölkələrdən biri olduğunu qeyd edib.
S.Nəsirov Ulu Öndər Heydər Əliyevin və Azərbaycan prezidenti İlham Əliyevin Misirə etdikləri səfərlərin əhəmiyyətindən və Misirdə Azərbaycan Xalq Cümhüriyyətinin 100 illiyi ilə bağlı tədbirlərin uğurla keçirildiyindən danışıb.