Yunanıstanda ölkəmizi vəsf edən foto-sərgi təşkil edilib

12 noyabr 2019

“Yunanıstanda Azərbaycan Günləri” layihəsi çərçivəsində ölkəmizi vəsf edən foto-sərgi təşkil edilib. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Diaspor Gəncləri platformasının dəstəyilə gerçəkləşdirilib.

Tədbirdə Azərbaycanın Yunanıstandakı səfirliyinin mədəniyyət işləri üzrə əlaqələndiricisi Xəqani Hacıyev, Azərbaycanın Monteneqrodakı fəxri konsulu Vüqar Əliyev, Türkiyənin Yunanıstandakı baş konsulu Efe Ceylan, "Thessaloniki City" jurnalının baş redaktoru Diana Ceyranova, diplomatlar, yerli QHT nümayəndələri və azərbaycanlı icmasının üzvləri iştirak ediblər.

Sərgi çərçivəsində təşkil olunmuş Azərbaycan guşəsində milli musiqi alətləri, xalçalar, kitablar, mətbəx nümunələri təqdim olunub.