E-mail:

info@diaspor.gov.az

EN
RU

Qara Qarayev musiqisi Budapeştdə

Bu il sentyabrın 15-də Macarıstanın Budapeşt şəhərinin Tətbiqi İncəsənət Sarayında (MÜPA Budapeşt) Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli bəstəkarımız Qara Qarayevin 100 illiyinə həsr olunmuş, bir türkiyəli və üç Yapon sənətçidən ibarət “Karayev Quartet” adlı qrupun, klassik musiqi konserti keçirilib. Konsertə soydaşlarımızla yanaşı, macarlar da böyük maraq göstərmişdir. Tədbirdə Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan Respublikasının Macarıstandakı səfirliyindən katib heyəti, Macarıstan-Azərbaycan Gənclər Birliyinin və diaspor gənclər şəbəkəsinin üzvləri də qonaq qismində iştirak edib.
Konsertin əvvəlində “Karayev Quartet” musiqi qrupunun yaradıcısı, Franz Liszt adına Akademiyanın magistr tələbəsi olan violin sənətçisi Mevsim Engin dahi sənətkar Qara Qarayevin yaradıcılığı barədə qonaqlara məlumat verərək, proqramda dahi bəstəkarın simli kvartet üçün yazdığı 2 nömrəli əsərini ifa ediblər.
Tamaşaçılar mötəbər konsertdən böyük qürur və fərəh hissi duyduqlarını, mədə-niyyətimizin dünyaca məşhur dəyərlərə malik olduğunu və qədim tarixə söykəndiyini ifadə etdilər. Konsertin sonunda təşkilatçılar ifaçılara təşəkkür edərək gələcək əmək-daşlıq perspektivlərindən danışıblar.