Belqradda xalq yazıçısı Çingiz Abdullayevin “İngilis bulvarı” kitabı təqdim olunub

28 oktyabr 2019

Belqrad Universitetinin nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində ölkəmizin tanınmış yazıçısı Çingiz Abdullayevin yaradıcılığına həsr olunmuş simpozium keçirilib.
Xalq yazıçısının 60 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə onun serb dilində nəşr edilmiş “İngilis bulvarı” kitabının təqdimatı da olub.
Tədbirdə elm, mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri, azərbaycanlı icmanın təmsilçiləri iştirak ediblər.
Çingiz Abdullayevin də qatıldığı tədbirdə onun həyat və yaradıcılığı, ədəbiyyata və mədəniyyətə bəxş etdiyi töhfələr, əsərlərinin təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində maraq doğurduğu vurğulanıb.
Natiqlər qeyd ediblər ki, Serbiyanın aparıcı elm-təhsil ocaqlarından biri olan Belqrad Universitetində belə tədbirlərin keçirilməsi iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.