EN
RU

Bursada Panoramik Muzeyi istifadəyə verildi

Bursa şəhərində Osman qazi Bələdiyyəsinin inşa etdiyi “1326 Bursa Panoramik Muzeyi”nin inşası başa çatıb. Muzeyin təməli 2015-ci il sentyabrın 15-də qoyulub. Dünyanın tam panoramik böyük muzeyi olan “1326 Bursa Panoramik Muzeyi”ndə animasiya zalı, sərgi salonu, görüş zalları, kafe və inzibati şöbələr fəaliyyət göstərir. Bina ekoloji memarlıq və enerji səmərəliliyi prinsipləri əsasında “yaşıl bina” şəklində tikilib. Burada 6 Osmanlı sultanının hakimiyyət dövrünü əhatə edən və onların Bursa şəhərində yaşadığı dövrdə ictimai həyatlarını təsvir edən 16 əsər ziyarətçilərə təqdim edilir.
Bədii layihənin və icraçı qrupun rəhbəri 20 ildən artıqdır ki, Türkiyədə yaşayan Azərbaycan Respublikasının Əməkdar Rəssamı Yaşar Zeynalov, texniki hissənin rəhbəri isə cizgi filmləri rejissoru Haşim Vatandaşdır.
Qeyd etməliyik ki, 2008-ci ildə İstanbul Böyük Şəhər bələdiyyəsi tərəfindən Bizansın fəthinə şahidlik edən Topqapı-Ədirnəqapı surlarının (qala divarlarının) yaxınlığında yerləşən “Panorama 1453” tarix muzeyinin layihəsini də həmin şəxslər hazırlayıb.