Torontodakı "Qarabağ" futbol komandası Həvəskarlar Liqasının çempionu oldu

23 oktyabr 2019

Torontodakı azərbaycanlı icmasını təmsil edən "Qarabağ" futbol komandası bu mövsümdə Həvəskarlar Liqasının (Saturday Division) çempionu olub.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycanın "Qarabağ" futbol klubu Kanadadakı eyni adlı komandanın üzvlərini idman formaları ilə təmin ediblər. Bu diqqətdən və futbolçu həmrəyliyindən daha da ruhlanan komanda çempionatı qalibiyyətlə başa vurub.
"Qarabağ" futbol komandası Vaterloo Universitetində oxuyan azərbaycanlı tələbələrin təşəbbüsü və səyi nəticəsində yaranıb. İlk dövrdə universitetin nəzdində oynayan "Qarabağ" hazırda 3 mindən çox üzvü olan “Toronto Soccer Connection” tərəfindən təşkil olunan liqaya qoşulub. Komandanın tərkibində soydaşlarımızla yanaşı, Türkiyə, Ukrayna, Rusiya, Meksika, Hindistan və Kolumbiyadan olan həvəskar futbolçular da təmsil olunurlar.
Komandanın qurucusu və kapitanı həmvətənimiz Turqut Cabbarlıdır. Onun arzusu azərbaycanlıların yaşadıqları bütün ölkələrdə "Qarabağ" futbol klublarının yaradılmasıdır.