İtaliyalı mer Dövlət Komitəsində olub

22 oktyabr 2019

İtaliyanın Corbetta şəhərinin meri Marko Ballari Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

Komitə sədri ölkəmizin diaspor siyasətindən, son illər bu sahədə həyata keçirilən yeni layihələrdən danışıb, İtaliyadakı Azərbaycan icmasının fəaliyyətilə bağlı fikirlərini bölüşüb.

Səmimi qəbula görə təşəkkür edən qonaq Azərbaycana səfərinin bir mədəniyyət tədbirində iştirakla bağlı olduğunu bildirib.

Görüşdə hər iki ölkənin icmaları və müvafiq qurumları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsilə bağlı fikir mübadiləsi aparılıb.