Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Diasporla İş üzrə Dövlət Komitəsində olub

17 oktyabr 2019

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, diaspor siyasəti sahəsində yeni və faydalı ortaq layihələrin həyata keçirilməsilə bağlı fikir mübadiləsi aparılıb.

Hər iki tərəf qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb, bu cür fikir mübadilələrinin ardıcıl və sistemli olmasını vacib saydıqlarını qeyd ediblər.

Görüşdə əməkdaşlığın yeni mərhələsini müəyyən edən memorandumun imzalanması ətraflı müzakirə olunub.