EN
RU

ABŞ-ın Florida ştatında Gənc istedadların Beynəlxalq musiqi müsabiqəsinin qala-konserti və mükafatlandırma mərasimi keçiriləcək

Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Cövdət Hacıyevin şərəfinə Floridada Gənc istedadların Beynəlxalq musiqi müsabiqəsinin (“Florida Keys” IMCYT) qala-konserti və mükafatlandırma mərasimi olacaq.
Müsabiqə Pərvin Muradova-Dilbazi, Kay Lanq, Vivian Fanq Liu və Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovanın təşkilatçılığı ilə keçirilir.
Fortepiano, simli alətlər və vokal kateqoriyalarında keçiriləcək müsabiqənin məqsədi istedadlı gənc musiqiçilərin fərdi yaradıcılığının inkişafını dəstəkləmək və onların bacarığını təkmilləşdirməkdir.
Müsabiqənin qaliblərinə Qran-Pri, I, II və III yerlər üzrə mükafatlar veriləcək. Eyni zamanda, Cövdət Hacıyevin əsərlərinin ən yaxşı ifasına görə mükafat, müsabiqə ilinin ən yaxşı istedadlı gənci üçün xüsusi mükafat, münsiflər heyətinin xüsusi mükafatı və fəxri fərmanların təqdim edilməsi nəzərdə tutulur.