Roş-Ha-Şana bayramında Azərbaycan mahnıları da səsləndirilib

26 Sentyabr, 2019

İsrailin Kiryat Bialik şəhərindəki “Qan Miryam” klubunda Roş-Ha-Şana bayramına həsr olunmuş konsert keçirilib.
Azərbaycandan gələn repatriantların da qatıldığı konsertdə soydaşımız Kameliya Yoffenin ifasında görkəmli sənətkarlar Rəşid Behbudovun, Müslüm Maqomayevin və Polad Bülbüloğlunun repertuarlarından mahnılar səsləndirilib. Mahnılar hətta Azərbaycan dilini bilməyən tamaşaçılarda da böyük maraq doğurub.

Yeni il adlanan və mənəvi sağlığa qovuşmağa çağıran Roş-Ha-Şana bayramı Qubanın Qırmızı Qəsəbə massivində yaşayan dağ yəhudiləri tərəfindən də qeyd olunur. Onlar bayramın ilk günündə sinaqoqa gedir, mənəvi saflıq qazanmaq və uğurlu ilə qədəm qoymaq niyyətilə səhər və axşam saatlarında bayram ibadəti edirlər.