Azərbaycan Nyu-York Assosiasiyası Vətənimizi təmsil edib

24 Sentyabr, 2019

Sentyabrın 23-də ABŞ-ın Pensilvaniya ştatının Harrisbörq (Harrisburq) şəhərində Beynəlxalq mədəniyyət günü keçirilib.

Tədbirdə Vətənimizi Azərbaycan Nyu-York Assosiasiyasi təmsil edib. Azərbaycan guşəsində milli mədəniyyət və incəsənət nümunələrimiz (milli geyimlər, musiqi alətləri, xalçalar, müxtəlif suvenirlər) sərgilənib. Assosiasiya təmsilçiləri milli-mənəvi dəyərləri-miz, eləcə də Qarabağın işğalı ilə bağlı Pensilvaniyanın vəzifəli şəxslərinə, senator və konqresmenlərə ətraflı şəkildə məlumat verərək, Azərbaycan həqiqətlərini bir daha onların nəzərinə çatdırıblar.