EN
RU

Məşhur Tatar şairi Musa Cəlilin xatirəsi yad edilib

Kazanda Tatarıstanın Xalqlar Dostluğu Evində məşhur tatar şairi, Sovet İttifaqı qəhrəmanı Musa Cəlilin vəfatının 74-cü ildönümü ilə əlaqədar tədbir təşkil olunub. Tədbirdə Azərbaycan və Türkiyə diasporunun nümayəndələri, şairlər, yazıçılar, elm adamları, jurnalistlər və digər fəxri qonaqlar iştirak edib.
“Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanov tədbiri açaraq, şairin Moabit Berlin həbsxanasında keçirdiyi çətin günlərdən söhbət açıb. O, qeyd edib ki, qısa ömür yolunda M.Cəlil böyük irs qoyub və bu dəyərləri qorumaq, gənc nəslə ötürmək vacibdir.
Sonra Tatarıstan Respublikasında Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Bəşir Bəşirov qonaqları salamlayaraq, qeyd edib ki, uzun müddətdir Azərbaycan diasporu Kazanda məşhur azərbaycanlı və tatar yazıçıların, şairlərin, o cümlədən Sovet İttifaqı qəhrəmanı, görkəmli tatar şairi Musa Cəlilin xatirəsinə həsr olunmuş tədbirlər keçirir. B.Bəşirov, həmçinin Azərbaycanda tatar diasporu ilə əlaqələrdən də söhbət açıb.
Tədbirdə Musa Cəlilin həyatı haqqında sənədli film nümayiş etdirilib, şairin şeirləri oxunub.