Birincilərin Dövlət Komitəsinə ekskursiyası təşkil olunub

19 Sentyabr, 2019

Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının bu il birinci sinifə qədəm qoyan və tələbə adı qazanan övladları Komitəyə gəlib, valideynlərinin çalışdığı kollektivlə görüşüblər. Onlar valideynlərinin iş otağı, kollektiv və rəhbərliklə tanış olublar, Dövlət Komitəsinin binasını gəzib, ayrı-ayrı strukturların iş şəraitini izləyiblər.

Daha sonra balacalar Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Komitə sədri birinci sinifə gedənləri, tələbələri və onların valideynlərini yeni dərs ilinin başlanması, tələbə adının qazanılması münasibətilə təbrik edib, onlara gələcək həyatlarında və təhsildə uğurlar arzulayıb.

Sonda uşaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.