EN
RU

ABŞ-da daha bir diaspor təşkilatı yaranıb

Uzun illərdir Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşımız Günel Musəvi Minnesota Ştatında həmvətənlərimizi ətrafına toplayaraq "Azərbaycan Minnesota Cəmiyyəti"ni yaradıb və cəmiyyət ABŞ qanunlarına əsasən rəsmi qeydiyyatdan keçib.
Qeyri-rəsmi məlumatlara görə, ştatda 200-ə yaxın azərbaycanlı ailə yaşayır. Eyni zamanda, burada azərbaycanlı tələbələr də təhsil alır. Əsasən Novruz bayramını birlikdə qeyd edən soydaşlarımız Amerikada adət-ənənələrimizi yaşatmağa çalışırlar. Məqsəd bu ölkədə doğulub böyüyən azərbaycanlılara milli-mədəni dəyərlərlə bağlı məlumatların verilməsidir.
"Azərbaycan Minnesota Cəmiyyəti"nin sədri Günel Musəvinin Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi məlumata görə, Minnesotada ildə bir neçə dəfə beynəlxalq mədəniyyət festivalı keçirilir. Bu tədbirlərdə iştirak etmək və Azərbaycana aid güşə yaratmaq nəzərdə tutulur. Eyni zamanda, təşkilat müstəqillik günündə Minnesota ştatının paytaxtı Saint Paul şəhərində kongresin önündə Azərbaycan bayrağının ucaldılması, Novruz şənliyinin və mətbəx dərslərinin təşkili, Azərbaycan film gecəsinin keçirilməsi, Azərbaycan dili dərslərinin təşkil edilməsi kimi işlər də planlaşdırır.