EN
RU

Misirin “Nil mədəniyyət” telekanalında Azərbaycan haqqında geniş məlumat verilib

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil mədəniyyət” dövlət televiziya kanalının “Mənim gecəm” proqramının qonağı olub. S.Nəsirov azərbaycançılıq ideologiyasından, Diasporla İş üzrə Dövlət Komitəsi və Misirdə Azərbaycan diasporunun fəaliyyətlərindən, eləcə də digər məsələlərdən söhbət açıb.
45 dəqiqədən çox davam edən verilişin əvvəlində Azərbaycanın müasir görünüşünü əks etdirən videoçarx nümayiş olunub.