Avropa Azərbaycanlıları Konqresi (AAK) və Finlandiyada fəaliyyət göstərən Azərbaycan Təşkilatları Paşinyanın çıxışına qarşı etiraz bəyanatı yayıb

8 Avqust, 2019

AAK  və Finlandiyada fəaliyyət göstərən Azərbaycan təşkilatları  Ermənistanın qanunsuz olaraq  avqustun 5-də Azərbaycan Respublikası  Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində  “ümumerməni oyunları”nı təşkil etməsini və baş nazir Nikol Paşinyanın  həmin tədbirin açılışında  bəyanat verərək  “Qarabağ – Ermənistandır” söyləməsini  şiddətli şəkildə pisləyiblər.  Onlar bəyan ediblər ki, Ermənistan tərəfi  bu cür təcavüzkar bəyanatların səsləndirilməsinə son qoymalıdır. Azərbaycan təşkilatları   Ermənistan rəhbərliyindən  BMT-nin 4 qətnaməsini,  digər beynəlxalq təşkilatların qərarlarını danışıqsız və qeyri-şərtsiz yerinı yetirilməsini tələb edir.

Bəyanat  BMT-nin baş katibinə,  BMT-ninTəhlükəsizlik Şurasına, BMT-nin İnsan  Hüquqları Şurasına, Avropa İttifaqına,  Avropa Şurasına və ATƏT-ə göndərilib.