EN
RU

Soydaşımız beynəlxalq festivalda mükafatlandırılıb

11-16 avqust tarixlərində Brüssel, Lyej və Paris şəhərlərində "Emiqrant poeziyası-2018" adlı 10-cu Ümumdünya Poeziya Festivalı keçirilib. Festival Rusiya hüdudlarından kənardakı rus poeziyasına və "Emiqrant poeziyasının" 10 illiyinə həsr olunub. Dünyanın bir çox ölkələrindən gəlmiş şairlərin və yazıçıların qatıldığı tədbirdə həmvətənimiz, Çexiyada fəaliyyət göstərən "Natəvan" cəmiyyətinin sədri Leyla bəyim Cəfərova da iştirak edərək, musiqili-poeziya gecəsində müəllifi olduğu şerlə çıxış edib. Bir neçə final müsabiqəsini birləşdirən Ümumdünya Poeziya Festivalında qaliblər mükafatlandırılıblar. Mükafatçılar siyahısında soydaşımız Leyla bəyim Cəfərova da yer alıb. O, müəllifi olduğu şerin səmimi lirik ifasına görə mükafatlandırılıb.