Aİ təmsilçiləri İnteqrasiya Mərkəzində olublar

2 iyul 2019

İyulun 2-də Avropa İttifaqının (Aİ) Gürcüstan üzrə Monitorinq Missiyasının nümayəndələri Elina Hyypolainen, Jurga Vilpisauskaite və Nino Mxeidze Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin qonağı olublar.

İcraçı direktor Aygül İsayeva qonaqlara rəhbərlik etdiyi mərkəzin yaradılması və fəaliyyəti barədə ətraflı məlumat verib. O, gənclərin burada təşkil olunan kurs və tədbirlərdə böyük həvəslə iştirak etdiyinə diqqəti cəlb edib. Mərkəzdə gənclər üçün nəzərdə tutulan yay məktəbinə Aİ-nin Gürcüstan üzrə Monitorinq Missiyasının nümayəndələrinin qonaq qismində qatılması və seminar təşkil etmək imkanları müzakirə edilib.

Sonda qonaqlar mərkəzdəki şəraitlə tanış olublar.