Soydaşımız Miçelson mükafatına layiq görülüb

25 iyun 2019

Üç gənc alim Miçelson Tibbi Araşdırma Mərkəzinin və İnsan Peyvəndləri Layihəsinin Miçelson mükafatına layiq görülüb. Onların arasında həmyerlimiz Murad Məmmədov da var.

Laureatlar – Murad Məmmədov, Kamal Mandal və Avinaş Das Sahu – 35 ölkədən müraciət edən 150 nəfərdən çox iddiaçının arasından seçiliblər. İnsan immuniteti sisteminin xəstəliklərinin öhdəsindən necə gəlməyi açıqlayan metodlara görə onların hər biri 150.000 dollar pul mükafatı alacaq. Mükafat laureatlara iyunun 18-də Kaliforniya Universitetində keçirilən simpozium zamanı təqdim olunub.

M.Məmmədov Kaliforniya Universitetindəki elmi-tədqiqat işini “Mapping γδ T Cell Receptor Ligands” adlandırıb. O, immunitet hüceyrə sisteminin qavranılması üçün yeni platforma yaratmaq məqsədilə geni təkrar redaktə edən texnologiyalardan istifadə edib. Bu, yoluxucu və keçici olmayan, məsələn xərçəng kimi xəstəliklərin diaqnozu, müayinəsi və müalicəsinə yolun tapilmasini təmin edə bilər.

M.Məmmədov həm də Stenford Universitetinin tədqiqatçısıdır.

Qeyd edək ki, Miçelson mükafatı yüksək xəstəlik riskləri olan və ənənəvi mexanizmlərin işləmədiyi ərazilərdə yeni ideyaları tətbiq etmək üçün alimlərə dəstək məqsədilə təsis olunub.