Yay Düşərgəsində Gənclər Fondunun təqdimatı maraqla qarşılandı

Diaspor Gənclərinin I Yay Düşərgəsində Gənclər Fondunun təqdimatı olub. İştirakçıların da qeyd etdiyi kimi, Düşərgəsinin faydalı tərəflərindən biri də o olub ki, onlar müxtəlif qurumlar haqqında informasiyalar almaq və bir çox təşkilatları yaxından tanımaq imkanı qazanıblar. Azərbaycan Respublikasının Gənclər Fondunun təqdimatı da bu qəbildən növbəti bir tədbirdir. Təqdimatda Fondun fəaliyyətindən, məqsədlərindən və həyata keçirdiyi layihələrdən söz açılıb.
Qısa vaxtda Fondun minlərlə layihənin reallaşmasında iştirak etdiyi nəzərə çatdırlıb. Bildirilib ki, Azərbaycan Gənclər Fondu təkcə ölkədə yaşayan gənclərin layihələrini dəstəkləmir, həm də xaricdə yaşayan gənclərin Azərbaycanın tarixi və mədəniyyətinə dair tədqiqat işlərinə də dəstək verir, gənc könüllülər hərəkatının genişlənməsinə zəmin yaradır.
Bütövlükdə maraqlı keçən təqdimatı diqqətlə izləyən iştirakçılar fikir və mülahizələrini bildirərək, Fondun gələcək fəaliyyəti, Fondla əməkdaşlıq və s. istiqamətdə müzakirələr apardılar.