Dövlət Komitəsinin sədri ingilisdilli “Azeri Observer” jurnalına müsahibə verib

21 iyun 2019

“Azeri Observer” jurnalının 2019-cu il yay buraxılışında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun geniş müsahibəsi dərc edilib. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti, qloballaşma şəraitində diaspor fəaliyyətinin təşkili, Azərbaycan həqiqətlərinin dünyada təbliği, xaricdə yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiya məsələləri və s. istiqamətlərdə sualları cavablandırıb. Milli-mədəni irsimizin təbliği, Azərbaycan dilinin qorunması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin yayılması, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması kimi istiqamətlərdə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və diaspor təşkilatlarının birgə fəaliyyəti haqqında ətraflı məlumat verib.
Müsahibədə Dövlət Komitəsinin fəaliyyəti, son dövrlər görülən işlər, dünya azərbaycanlılarının birgə fəaliyyəti istiqamətində atılan addımlar, Azərbaycan diaspor hərəkatında müşahidə edilən yeniliklər barədə ətraflı informasiya verilib. Komitə sədri, eyni zamanda, perspektivlər barədə də öz fikirlərini bildirib.