Nyu Yorkda Nəsiminin 650 illik yubileyi qeyd ediləcək

19 iyun 2019

İyunun 26-da Nyu Yorkun məşhur Kaufman Musiqi Mərkəzində "İki dünyanın musiqisi" adlı konsert keçiriləcək.

Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilati dəstəyilə baş tutacaq tədbir görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunacaq.

Konsertdə Belçikanın nüfuzlu “Kraliça Elizabet” müsabiqəsinin laureatı Stiven Solters, bəstəkar Amir Vahab, Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarova, “Duo Trouvaille” və Şenika Con Cordan kimi tanınmış müsiqiçilər və vokalçılar çıxış edəcəklər.