Kazanda əməkdaşlıq məsələləri müzakirə edilib

10 iyun 2019

Tatarıstan Respublikasının paytaxtı Kazandakı Xalqlar Dostluğu Evində (XDE) Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib.

Tatarıstanın Xalqlar Assambleyası Şurasının (TXAŞ) İcraiyyə Komitəsinin rəhbəri Nikolay Vladimirov və XDE-nin direktoru, Tatarıstan Respublikasının Dövlət Şurasının deputatı İrek Şaripovla görüşdə Dövlət Komitəsini şöbə müdiri Ruslan Quliyev və ekspert Teymur Atayev təmsil ediblər.

Söhbət zamanı miqrasiya siyasəti sahəsində güc strukturları ilə ictimai təşkilatların qarşılıqlı əlaqələrinin qurulmasında TXAŞ-ın rolu, milli-mədəni muxtariyyətlərin fəaliyyyətinin işıqlandırılması, Dövlət Komitəsi ilə informasiya mübadiləsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Daha sonra XDE-də bu respublikadakı Azərbaycan icmalarının rəhbərləri və fəalları ilə görüş keçirilib.

Qeyd edək ki, komitə nümayəndələri Rusiya bölgələrində Azərbaycan icmalarının işi ilə tanışlıq məqsədilə bu ölkəyə səfər ediblər.