Vankuverdə üçrəngli bayrağımız qaldırılıb

03 İyun 2019

Kanadanın Vankuver şəhərində Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə təntənəli bayraq qaldırma mərasimi keçirilib.

Tədbiri Britaniya Kolumbiyası əyalətində həmvətənlərimizin sıx birləşdiyi "Vankuver Azərbaycanlıları Cəmiyyəti" (Vancouver Azerbaijanis Society) təşkil edib.

Mərasim Azərbaycanın Dövlət himninin səsləndirilməsilə başlayıb. Vankuver şəhərində yaşayan soydaşımız Natella İsazadə tədbir iştirakçılarına ölkəmizin tarixi keçmişi və adət-ənənələri haqqında danışıb.

Tədbir zamanı şəhər sakinlərinə və xarici qonaqlara ölkəmiz haqqında ətraflı məlumat verilib, yaradılmış xüsusi guşədə müxtəlif milli atributlar, suvenirlər nümayiş olunub.