Kanadanın paytaxtı da Azərbaycan Bayrağının ucalıq məkanına çevrildi

30 may 2019

Kanadanın partaxtı Ottava şəhərinin mərkəzi küçələrindən biri olan "City Hall"-da Azərbaycanın Dövlət Bayrağının ucaldılması mərasimi keçirilib.

Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünə həsr edilib. Təntənəli mərasimdə Ottavada fəaliyyət göstərən Azərbaycan icmasının üzvləri, ölkəmizin Kanadadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Üçrəngli bayraqımız Azərbaycan Dövlət Himninin sədaları altında yüksəklərə ucaldırlıb. Natiqlər Vətənimizin şanlı tarixi ilə bağlı tədbir iştirakçılarına məlumat veriblər. Tədbir milli musiqilərimizin ifası ilə davam edib.